Şimon Peres dağda dəfn olundu

  • By admin
  • 30 Sentyabr 2016 13:36

semon 

Bu gün İsrailin keçmiş prezidenti Şimon Peres  dəfn edilib.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki,  yəhudi dövlətinin 9-cu prezidenti Qüdsdə Hertsl dağında Milli liderlər xatirə xiyabanında dəfn olunub.

Şimon Peresin dəfn mərasiminə dövlət və hökumət başçıları, hökumət təmsilçiləri, səfirlər, o cümlədən ABŞ prezidenti Barak Obama da qatılıb.

Qeyd edək ki, Azərbaycanı dəfn mərasimində baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Xatırladaq ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də 93 yaşında vəfat edib. 

Gülnaz Qənbərli

Gununsesi.info