Simonyan:- Bakı ilə danışıqlar artıq dalana dirənib…

Ermənistan Azərbaycanla sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağa hazırdır.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Onun sözlərinə görə, Azərbaycanla danışıqlar prosesi hazırda dalana dirənib, lakin Ermənistanın bu məsələdə irəliləmək üçün “siyasi iradəsi var”:

“Bu gün də biz razılaşdırılmış məqamları imzalamağa hazırıq”.

Qeyd edək ki, Ermənistan artıq bir neçə aydır “yarımçıq sülh” imzalamağa çalışır.

Gununsesi.info