Simonyan: Qarabağla bağlı bunu demək danışıqlara mane olur

  • By admin
  • 31 May 2022 13:45

“Qarabağ Azərbaycanın tərkibində olmayacaq” ifadəsi danışıqlar prosesinə mane olur.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti buna görə “Qarabağın statusu”ndan yayınır.

“Ermənistan deyir ki, orada erməni əhalisi var və onların hüquqları qorunmalıdır. “Qarabağ Azərbaycanın tərkibində olmayacaq” demək danışıqlara xətt çəkmək və sonrakı dialoqdan imtina etmək deməkdir”, – Simonyan bildirib.

Gununsesi.info