Simonyanın qardaşının həyat yoldaşı saxlanıldı

Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyan saxlanılıb və hazırda ölkənin İstintaq Komitəsindədir.

Gununsesi.info “Aravot” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Gevorkyanın vəkili Muşeq Aleksanyan açıqlayıb.

Vəkil məsələ ilə bağlı detalları açıqlaya bilmədiyini deyib. Bununla belə, o, Ani Gevorkyanın saxlanılmasının onun proqramlaşdırma üzrə şirkətdəki əvvəlki iş yeri ilə bağlı olduğunu bildirib.

 

Gununsesi.info