Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

  • By Mayil
  • 03 Sentyabr 2016

yagish

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-29,Bakıda gecə 19-21,gündüz 26-28dərəcə isti olacaq.Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubətgecə 80-90, gündüz 60-70faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sentyabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 25-30,dağlarda gecə 8-13,gündüz18-23dərəcə istiolacaq.

Gununsesi.info