Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

  • By admin
  • 07 Sentyabr 2016 12:51

hava-qar-sulu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 25-30° isti, Bakıda gecə 20-22° isti, gündüz  28-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində – 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz  26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Gununsesi.info