Şimşək çaxacaq, yağış yağacaq

  • By admin
  • 12 Aprel 2017 13:09

simsek

Aprelin 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək

ETSN-dən Gununsesi.info verilən məlumata görə, havanın temperaturunun gecə 7-10° isti, gündüz 12-17° isti, Bakıda gecə 8-10° isti, gündüz  14-16° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  765 mm civə sütunundan 757 mm civə sütununa  enəcək. Nisbi rütubət   75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Gununsesi.info