“Şimşək” döyüş modulunun testləri bitib - FOTO

  • By admin
  • 11 May 2017 12:03

05

Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Cihaz” İstehsalat Birliyinin CAR-ın “Emerging World Technologies (EWT)” şirkəti ilə birgə hazırladığı “Şimşək” adlı döyüş modulunun testləri uğurla başa çatıb.

Gununsesi.info-nun məlumatına görə, təkərli və tırtırlı döyüş maşınlarına inteqrasiya üçün nəzərdə tutulan “Şimşək” hazırda “BTR-70” zirehli transportyorlarının orijinal qüllələrindən bir sıra üstünlükləri ilə fərqlənir.
Belə ki, zirehli transportyorun üzərində yerləşən yerli istehsal “Şimşək” qülləsində 23 və ya 30 mm-lik 2A14 tipli avtomatik top və 7.62 mm-lik PKT pulemyot yerləşdirilir ki, bu da döyüş zamanı heyətə atəş üstünlüyü qazandırır.

Həmçinin bu transportyotun silahlandırılmasında 57 mm-lik raketlərdən də istifadə olunacaq. Maşının silah kompleksinə 500+500 patron daxildir. Maşının üfüqi tuşlama bucağı 360 dərəcə, şaqüli tuşlama bucağı isə +90 dərəcədən -4 dərəcəyə qədərdir. Döyüş modulunda yer alan topun nişan alma məsafəsi 2000 metr, pulemyotun isə 1500 metrdir. “Şimşək” modulunun üstün cəhəti gecə və gündüz görmə kamerasının olmasıdır.

Döyüş qülləsinin proqram təminatı azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanıb.

Mütəxəssislərin sözlərinə görə, sistem daha mobil olmaqla yanaşı, istənilən hava şəraitində hədəfləri təyin etmə və effektiv atəş aça bilmə imkanlarına malikdir.

Anar

Gununsesi.info