
Təkrar prezident seçkilərində hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən Sinan Oğan bu qərarı verməsində Azərbaycandan təsirlərin olmasına dair iddialara münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Sinan Oğan “TRTHaber” kanalına müsahibəsi zamanı Azərbaycan prezidentinin bu məsələyə görə onu aramadığını deyib :
“İlham Əliyev Ərdoğanı sevir. Çünki Qarabağın işğaldan azad olunmasında Ərdoğanın və Türkiyənin xüsusi dəstəyi olub. Ancaq bu İlham Əliyevin Türkiyədəki seçkilərə qarışmaq anlamına gəlməməlidir. Mən açıq şəkildə söyləyirəm ki, mənim Ərdoğanı dəstəkləməyim barədə Cənab İlham Əliyevdən hər hansı telefon zəngi gəlməyib. Ümumiyyətlə, bu məsələ ilə bağlı heç kəs mənə nəsə söyləməyib. Bu mənim özümün qərarımdır.”
Gununsesi.info