Sinan Oğan qərarını bu tarixdə açıqlayacaq

  • By admin
  • 21 May 2023 11:10

“ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan seçkilərin ikinci turunda hansı tərəfi dəstəkləyəcəyi barədə qərarını 22 mayda açıqlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə tanınmış türkiyəli jurnalist Fatih Altaylı məlumat yayıb.

Xatırladaq ki, S. Oğan 14 may seçkilərində 5,17 faiz səs toplayıb. Nəticədə seçkilər ikinci tura qalıb. 28 mayda keçiriləcək ikinci turda “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğu və hazırkı Prezident, “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan yarışacaq.

Gununsesi.info