Sinan Oğan maraqlı təklif irəli sürüb.
Gununsesi.info xəbər verir ki, Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan Ərəbistandan baş tutmayan Superkubok final oyununun Xankəndi stadionunda keçirilməsini təklif edib.
Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan Türkiyə Cümhuriyyətinin 100 illiyi şərəfinə “Qalatasaray”-“Fənərbaxça” arasında Superkubok final matçına oyunçuların üzərində Atatürkün rəsmi olan köynəklərə çıxmasına və Türkiyənin İstiqlal Marşının səsləndirilməsinə Ər-Riyad rəsmilərinin qadağasına görə oyun təxirə salınıb. Futbolçular bu matça çıxmaqdan imtina ediblər və İstanbula dönüblər.
Gununsesi.info