Sinan Oğanın çətin və sadə seçimi - RAUF MİRQƏDİROV YAZIR

  • By admin
  • 15 May 2023 19:31

Sinan Oğan çox çətin seçim qarşısındadır. Bir tərəfdən Ərdoğanla bazarlığa oturub özünə vəzifə qazana bilər. Amma bu halda həm Kılıcdaroğlundan, həm də Ərdoğandan narazı yeniləşmə tərəfdarından ibarət 3-cü gücün liderliyinə iddiasından əl çəkməlidir. Həm də onu nəzərə almaq lazımdır ki, seçkilərdə qələbədən sonra Ərdoğanın ondan heç bir asılılığı qalmayacaq. Sinan Oğanın partiyası parlamentdə təmsil olunmayıb.
Bu halda onun MHP-yə qayıdıb yenidən Baxçəliyə biət etməkdən başqa çarəsi qalmayacaq.

Digər tərəfdən Kılıcdaroğlunu dəstəkləyib məğlublar sırasında da yer ala bilər.
İkinci turda Kılıcdaroğlunun qalib gəlməsi ehtimalı var, amma o qədər də böyük deyil. Kılıcdaroğlu prezident seçilərsə, Oğan özünü bu qələbənin əsas memarı elan edə biləcək və nüfuzu artacaq. Əksi olarsa, Oğan dəyişikliklər üçün mümkün olan bütün qurbanlara getməyə hazır olduğuni əmələdə sübut etdiyini bildirib, Kılıcdaroğlunun məğlubiyyətinin şəriki olmayacaq. Narazı elekloratın liderlərindən biri kimi yenə də nüfuzu artacaq.

Əslində Oğanın qarşısında duran seçim çox sadədir: ya “soğan olsun olsun, nəğd olsun” məsəlini rəhbər tutnalıdır, ya da ki…

Sadə olduğu qədər çətin seçimdir. Xüsusilə Sinan Oğanın Azərbaycan türkü olduğunu nəzərə alsaq…

Rauf Mirqədirov