İranın İsrailə hücumdan sonra Türkiyənin prezidentliyə keçmiş namizədi Sinan Oğandan diqqətçəkən açıqlama gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə Oğan “X” hesabında paylaşım edib:
“Hökumətimizdən gözləntim şərq və cənub-şərq bölgələrimizdə dərhal fövqəladə vəziyyət elan etməsi, habelə, başda sərhəd bölgələrimizdə mümkün miqrasiyaya qarşı hazır və ehtiyyatlı olmaqdır”.
Xatırladaq ki, İsrail aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasına hava zərbəsi endirib. Nəticədə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 2 generalı həlak olub.
Bu gecə isə İrandan İsrailə cavab olaraq yüzlərlə ballistik raket və PUA-lar göndərilib.
Gununsesi.info