
ABŞ-ın Nyu-York şəhərində sinaqoqun altında qeyri-qanuni tunellərin tikildiyi üzə çıxdıqdan sonra Rusiyanın paytaxtı Moskvadan da oxşar xəbərlər gəlib.
Gununsesi.info xəbər verir ki, Nyu-Yorkdakı sinaqoqun altında tikilmiş tunel kimi, Moskvadakı sinaqoqda da şübhəli tunel tapılıb.
Xatırladaq ki, Nyu-Yorkda yəhudilərin sıx şəkildə istifadə etdiyi “Chabad-Lubavitch World Headquarters” sinaqoquna polis basqını zamanı binanın altında qanunsuz tikilmiş tunellərin olduğu müəyyən edilib. Sosial media hesablarında paylaşılan görüntülərdə qazılan bəzi hissələrdə çirkli və köhnə çarpayılar və taxta örtüklü hissələr diqqət çəkib.
Nyu-Yorkdakı kimi bir görüntü Rusiyanın paytaxtı Moskvadan yayılıb. Sosial şəbəkələrdə yayılan videoda yəhudi kimi görünən şəxsin sinaqoqun içərisində qazılmış gizli tunelin qapağını açdığı anlar kameralara düşüb.
Sosial media hesablarında Covid-19 epidemiyası zamanı tunellərin gizli ibadət və ya qadınların içəri girməsi üçün qazıldığı iddiaları yayılsa da, polis hadisə ilə bağlı araşdırma başladıb. Digər tərəfdən, Amerika mediasına əks olunan bəzi xəbərlərdə 6 ay əvvələ qədər tunel qazma ilə bağlı işlərin olduğu iddia edilib.
Gununsesi.info