Nyu-York hakimiyyəti qanunsuz qazılmış yeraltı tunelin aşkarlandığı sinaqoqun yanında yerləşən binanın sakinlərini təxliyə edib.
Gununsesi.info xəbər verir ki, şəhər rəhbərliyi binanın bünövrəsi zədələndiyi üçün sakinləri köçürüb.
Bruklinin “Crown Heights” yəhudi məhəlləsində yerləşən yəhudi təşkilatı “Çabad Lubaviç”ə məxsus sinaqoqa bitişik binanın qapısına bələdiyyə evakuasiya bildirişi vurulub.
Nyu-York Polis Departamentinin əməkdaşları sinaqoqun ətrafındakı ərazini mühasirəyə alıblar.
Polis qanunsuz tunel hadisəsi ilə bağlı araşdırmalarını davam etdirir. Sinaqoqun altında gizli tunellərin niyə qazıldığı ilə bağlı suallar hələ də cavabsız qalır.
Bundan əvvəl polisin Bruklin şəhərinin “Crown Heights” məhəlləsində yerləşən yəhudi təşkilatı “Çabad Lubaviç” sinaqoqunda keçirdiyi reyd zamanı binanın altında qanunsuz qazılmış tunellər aşkar edilib.
Yerli hakimiyyət tunelləri bağlamaq qərarına gəlib və sementlə yük maşını sinaqoqa gəlib. Bir qrup yəhudi hakimiyyətin qərarına etiraz edib.
Gununsesi.info