Biz əndişələnincə, qoy onlar narahat olsunlar.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin (TSQ) “Sincar əməlyyatı”na ABŞ rəsmilərinin və hərbi dairələrinin sərt reaksiyasına, həmçinin, əməliyyat zamanı öldürülən PKK və PYD-YPG-li terrorçuların dəfn mərasimində ABŞ hərbcilərinin iştirakına münasibətinə bildirərkən deyib.
Ərdoğan bir daha deyib ki, Sincar ikinci Kandil olmayacaq:
“Biz Sincarın ikinci Kandil olmasına razı ola və dözə bilmərik. Buna imkan verməyəcəyik. Odur ki, lazım gələrsə, yeni əməliyyatlar həyata keçirəcəyik. Bu, bizim haqqımızdır və kimsə də buna qarışa bilməz”.
O, eyni zamanda, ABŞ hərbçilərinin məlum olaylarla bağlı reaksiyasına və onların terrorçuların cənazə mərasimində iştirakına sərt təpki göstərib.
“Bunları mayın 16-na saxlayıram. Ayın 16-da Donald Trampla görüşümdə hər şey, bütün bəlgələr ortaya qoyulacaq”-deyə, o, sözlərinə əlavə edib.
KAMİL
Gununsesi.info