Sindi Kroufordun 18 yaşlı qızı podiuma açıq-saçıq geyimdə çıxdı - FOTOLAR

  • By admin
  • 21 Fevral 2020 17:56

Aktrisa Sindi Kroufordun 18 yaşlı qızı, amerikalı model Kaya Gerber açıq-saçıq geyimdə podiuma çıxıb.

Gununsesiaz.info bildirir ki, o, bu barədə “Instagram” hesabında paylaşım edib.

İtaliyanın “Max Mara” brendinin kolleksiyası Milanda “Moda həftəsi” çərçivəsində təqdim olunub.

Model çılpaq bədəninə geyindiyi ağ pencəklə hər kəsi heyran qoyub.

Modelin həmin tədbirdən olan paylaşımı 100 min bəyənmə alıb. İzləyicilər Gerberin xarici görünüşünə heyran olaraq, “Sözüm yoxdur, sən heyranedicisən”, “İdeal”, “Hətta üzərinə boş qutu da geyinsən, əla görünəcəksən”, “Həmişəki kimi birinci yerdə”, – və s. şərhlər yazıblar.

 

Gununsesiaz.info