Türkiyənin məşhur “Sinemanin kral və kraliçası”: 2-ci sinema güzeli yarişmasi” layihəsinin Azərbaycan seçiminə yekun vurulub.
Gununsesi.info xəbər verir ki, “Sinemanın kral və kraliçası:II Sinema Güzeli Yarışması” layihəsində Bakı və bir çox regionlardan 14 qız və 30 oğlan iştirak edib.
Qeyd edək ki, 3 saat davam edən yarışmada gənclərin səhnə mədəniyəti, intellektual səviyyələri və aktyorluq bacarıqları yoxlanılıb. Sonda 1 qız – Lider Televiziyasına 5 ildir aparıcılıq edən, 24 yaşlı model Səhər Əkbər və 1 oğlan – Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsi 24 yaşlı Pərviz Musayev finala vəsiqə qazanıb. Digər ikinci yeri tutan bir qız və oğlan isə müsabiqədə iştirak üçün seçilən Səhər Əhməd və Pərviz Musayev müsabiqədən imtina edəcəyi və yaxud hər hansı səbəbə görə getməyəcəyi təqdirdə onların yerinə göndəriləcək.
Nəzərinizə çatdıraq ki, yarışmada bir istisna hal da olub. Belə ki, bir nəfər xanım-Pərvin Həsənzadə Kiprdə keçiriləcək “Miss Fashion” gözəllik yarışmasında iştirak etmək üçün seçilib. “Sinemanin kral və kraliçasi”: 2-ci sinema güzeli yarişmasi” layihəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid Eyyubqızının sözlərinə görə, finala vəsiqə qazanan Səhər Əkbər və Pərviz Musayev birbaşa İstanbulda keçiriləcək son final yarışmasına qatılacaqlar.
Onu da əlavə edək ki, ilk olaraq Türkiyə, bəzi Avropa ölkələri və Azərbaycandan seçilən 14 qız və 14 oğlan finalçı onlar üçün yardılan düşərgədə qalacaqlar. Bu müddətdə onların saç və cildlərinə qulluq ediləcək, aktyorluq dərsləri keçiləcək. Eyni zamanda müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlim keçiriləcək. Sonda bu ilin mart ayının 27-də keçiriləcək final gecəsində 28 finalçının içərisindən 1 qız və 1 oğlan sinemanın kral və kraliçası seçiləcəklər.
Gununsesi.info-nun informasiya dəstəkçisi olduğu layihənin məqsədi istedadlı gənclərin müsabiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Bakı yarışmasında 13 nəfərdən ibarət olan münsiflər heyətinə Türkiyənin məşhur sənətçilərindən Tamer Karadağlı, Ceren Kaplakarslan, Vilma Elles və digərləri daxil idi, Azərbaycan tərəfdən isə aktrisa Məlahət Abbasova, modelyer Gülnarə Xəlilova və yarışmanın Azərbaycan təmsilçisi Vüsalə Səid Eyyubqızı daxildir.
Gununsesi.info