Sinqapurda sərnişinlərlə dolu təyyarə yanıb

  • By admin
  • 27 İyun 2016 10:03

Singapore plane

 

HTML tutorial

Sinqapurun “Çanqi” hava limanında “Singapore Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi eniş edərkən yanıb.

Gununsesi.info xəbər verir ki, Sinqapur-Milan marşrutu ilə uçan təyyarə havaya qalxandan sonra yaranmış texniki problemlə əlaqədar geri dönüb.

İlkin məlumata əsasən, buna səbəb yanacaq sızması olub.

Hadisə nəticəsində zərərçəkən olmayıb.