“Sınıq Körpü” gömrük-keçid məntəqəsinə media-tur təşkil olunub

  • By admin
  • 23 İyun 2018 11:47

Gununsesi.info xəbər verir ki, tura ölkənin aparıcı KİV-lərini təmsil edən 40-dan çox jurnalist qatılıb.

DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov jurnalistlərə sərhədkeçmə prosedurları barədə məlumat verib.

O deyib ki, may ayı ərzində “Sınıq Körpü” gömrük keçid məntəqəsindən 58 933 avtonəqliyyat vasitəsi keçib: “Hər bir gömrük əməkdaşına xüsusi “elektron imza kartı” təqdim edilib. Onlar bu kartlar vasitəsi ilə gömrük məlumatlar bazasına daxil ola bilir. Avtonəqliyyat vasitəsinin sahibi sənədləri bir pəncərəyə təqdim etdikdən sonra sənədlərə baxış keçirilən vaxt avtonəqliyyat vasitəsinə də fiziki baxış keçirilir. Baxışı keçirən gömrük əməksaşı öncə özünə məxsus kartın üzərindəki “barcode”u skaynerə oxutdurur. Bundan sonra avtonəqliyyat vasitəsini həmin əməkdaşın yoxlayacağı təsdiqlənir”.

İdarə rəisi bildirib ki, ölkəyə daxil olan avtomobillərə GPS vurulur: “Əgər nəqliyyat vasitəsi təyinat nöqtəsinə deyil, başqa istiqamətə gedərsə avtomatik olaraq əməkdaşlarımız tərəfindən aşkar edilir və araşdırılır. Bu GPS qurğularının 3 açarı var. Onlardan biri qeydiyyat, ikincisi isə təyinat məntəqəsində olur. 3-cü açar isə ehtiyatda olur”.

Dövlət Gömrük Komitəsi (DGK) “Sınıq Körpü” gömrük-keçid məntəqəsinə media-tur təşkil edib.