Sinopun qadın valisi həbs edildi. FTT-nin dövlət çevrilişinə cəhdinin ardından tutduğu vəzifədən çıxarılan Sinop Valisi Yasemin Özata Çetinkaya gözaltına alınıb. Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, iyulun 16-da vəzifəsindən uzaqlaşdırılan sabiq xanım vali Ankarannın Sincan mahalında yaşayan atasının evində Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsinin rəhbərliyinin başçılıq etdiyi əməliyyat nəticəsində bu gün səhər saatlarında nəzarətə alınıb. Qeyd edək ki, sabiq valinin həyat yoldaşı Sinop Qarnizon Komandirinin vəkili polkovik Temel Çetinkaya isə aparılan sorğu nəticəsində “FTT üzvü olmaq” ittihamıyla gözaltına alınmış, daha sonra sövq edildiyi məhkəmədə həbs edilib.
Gülnaz Qənbərli