Libya Temsilciler Meclisi Başkanı Akile Salihh açıqlaması ilə gündəmə gəlib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, siyasətçi Saleh İsraillə hər cür münasibəti rədd etdiklərini və münasibət quranları qınadıqlarını bildirib.
“Fələstin müsəlmanların məsələsidir və heç kimsənin bundan güzəşt etməyə haqqı yoxdur. Hər nə şəkildə olarsa, olsun, sionist rejimlə münasibət qurulmasına qarşıyıq və bunu edənləri qınayırıq”.
Libya Temsilciler Meclisi Başkanı Akile Salih bu ölkənin Xarici İşlər Naziri Nəcla Menquşun İsraildən olan həmkarı Eli Cohen ilə gerçəkləşdirdiyi və işdən çıxarılmasına səbəb olan görüşünü əla almaq üçün ölkənin şərqində fövqəladə toplantı keçirib.
Millət vəkillərinin FƏləstin xalqının yanında olduqlarını göstərmək üçün çıxış edən Saleh “Fələstin xalqının paytaxtı Qüds olan dövlətlərini qurmaları üçün çalışmaq gərəkdir”, deyib.
Toplantıda söz alan millət vəkillərindən olan Əbdüsəlam Nəsiyyə Cohen-Menquş görüşünə xalqın göstərdiyi böyük etirazın sionist rejimlə rabitəyə keçməyə isti baxan hər kəsə verilən açıq bir mesaj olduğunu vurğulayıb.
Digər deputat Əbdülmünim əl-Ərfi isə Liviyanın Baş Prokurorundan Menquş-Cohen görüşü ilə əlaqəli hər kəslə bağlı hüquqi araşdırma açılmasını istəyib.
Millət vəkili Sulta əl-Mismari isə görüşün “vətənə xəyanət və cəzasızq almamalı olan bir cinayət” olduğunu dilə gətirib.
Tərcümə: Arzu