Finlandiya müdafiə xərclərini xeyli artırıb və son 60 ilin ən yüksək səviyyəsinə çatdırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute – SİPRİ) hesabatında qeyd olunub.
Bildirilib ki, Finlandiya ötən il NATO-ya üzv olmaq üçün müraciət edib və bu ilin aprel ayında Alyansa qoşulub. Bununla əlaqədar, ölkə rəhbərliyi müdafiə büdcəsini aktiv şəkildə artırmağa başlayıb. Belə ki, bu xərclər ötən illə müqayisədə 36 faiz artaraq 4.8 milyard dollara çatıb və ÜDM-in 1.7 faizini təşkil edir.
Məlumata əsasən, ötən ilki müdafiə xərclərinin üçdə biri yeni silahların alınmasına xərclənib – qırıcılar və raketdən müdafiə sistemləri alınıb.