Siqaret və tibbi ləvazimatların ölkəyə keçirilməsinin qarşısını alınıb

  • By admin
  • 16 Avqust 2021 21:30

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında tibbi ləvazimatların və siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı avtomobilin salonunda, yataq yerinin altında gömrük nəzarətindən gizlədilən 8 ədəd müxtəlif adda olan tibbi ləvazimat, oturacaqların altında isə 600 ədəd “Parliament” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info