Siqareti atmağın ən təsirli yolu

  • By admin
  • 21 İyun 2022 11:10

Nikotin asılılığından qurtulmağın ən təsirli yolu dərman və psixoterapiya müalicəsinin yanaşı aparılmasıdır. 

Gununsesi.info xəbər verir ki, bu barədə narkoloq İqor Lazarev məlumat verib.

“Siqaretdən asılılığın alkoqol və ya narkotiklərdən eyni asılılıq olduğunu başa düşmək vacibdir. Siqareti öz iradəsi ilə və tez tərgidən insanlar elə də çox deyil, təxminən 9%. Təbii ki, hər hansı asılılığın müalicəsində olduğu kimi, operativ nəticəyə, yaxud möcüzəyə ümid etmək doğru deyil. Siqaret asılılığından qurtulmağın ən təsirli yolu narkotik üsullarla psixoterapiyanın birləşməsidir.

Eyni zamanda, siqaretdən birdən-birə, tamamilə imtina insanda adətən abstinens sindromu yaradır, əsəbilik, bəzi hallarda hətta yuxusuzluq müşahidə olunur. Düşdüyü diskomfort vəziyyət insanı yenidən pis vərdişinə qaytara bilər. Odur ki, ilk mərhələdə mütəxəssislər ağrısız şəkildə tərgitməyə kömək edən dərmanlar təyin edirlər” , – ekspert bildirib.

Gununsesi.info