Siqaretin bahalaşması barədə xəbərlər doğru deyil

  • By admin
  • 02 Noyabr 2023 17:47

Sosial şəbəkələrdə ölkədə tütün məmulatlarının qiymətinin artırılması ilə bağlı xəbərlər yayılıb.

Azərbaycanın qabaqcıl tütün məmulatlarının istehesaçısı olan Tabaterra QSC -dən Gununsesi.info -ya verilən açıqlamada bu barədə xəbərlər təkzib edilib:

“Bildiririk ki, ölkənin qabaqcıl tütün məmulatları istehsalçısı olan Tabaterra QSC-də tütün məmulatlarının istehsalı və təminatı ilə bağlı hər hansı bir problem yoxdur. Bundan əlavə qeyd edirik ki, ictimaiyyətdə qiymət artımı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və məhsullarda heç bir qiymət artımı baş verməmişdir”.

Gununsesi.info