Siqaretin dəhşətli fəsadı- İNSANI KOR EDƏ BİLƏR

Siqaretin dəhşətli fəsadı

Britaniya alimləri aşkar ediblər ki, siqaret korluğun yaranmasına səbəb ola bilər. Federal Xəbərlər Agentliyinin məlumatına görə, statistikaya görə, siqaretçəkənlər bu zərərli vərdişdən asılı olmayan adamlarla müqayisədə görmə qabiliyyətini dörd dəfə çox itirirlər.

Gununsesi.info xəbər verir ki, tütün tüstüsündəki çoxsaylı kimyəvi komponentlər göz üçün təhlükə yaradır. Onlar gözdə bioloji dəyişikliyə mənfi təsir göstərir. Tədqiqata görə, siqaretçəkənlərdə katarakta tutulma üç dəfə, tireoid oftalmopatiya riski səkkiz dəfə yüksəkdir. Həmçinin, onlarda quru göz sindromunun yaranma ehtimalı çoxalır. Nikotin insanın rəng duyumuna da mənfi təsir göstərir. Gündə bir qutudan çox siqaretçəkən adamın yaşıl və qırmızı çalarları ayırd etməsində problem ola bilər. Tütün məmulatından imtina etdikdən sonra insanın görmə kanalının tam bərpası üçün ən azı on il vaxt lazım olur.

Gununsesi.info

COMMENTS