«Tütün məhsullarının nağdsız satışı istehlak bazarında siqaret qıtlığı yaratmaqdadır».
Gununsesi.info xəbər verir ki, bu haqda İqtisadi və Sosial İnkişaf Mərkəzini rəhbəri Vüqar Bayarmov öz “Facebook” səhifəsində bildirb.
İqtisadçı qeyd edir ki, yeni qaydalara əsasən, tütün məhsullarının pərakəndə satışıistisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız şəkildə aparıla bilər. Təbii ki, aksiz markalı məhsulların, eləcə də tütün və siqaretin topdansatışın nağdsızlaşdırılmasıvacibdir:
“Bu dövriyyənin leqallaşdırılması baxımdan əhəmiyyətlidir. Çünki siqaret bazarında dövriyyə o qədər böyükdür ki, onu hesablamaq və dövlət vergisinə cəlb etmək çətin idi. Amma şirkətlərin və eləcə də mağazaların bu prosesə hazır olmamasınəticədə qaçaqmalçıllıq yolu ilə ölkəyə daxil olan məhsulların mağazalara axınınıstimullaşdırıır”.
Problemi necə həll etmək olar?
V.Bayramov bildirir ki, əvvəlla, nağdsız hesablaşmaların tətbiqi üçün keçid müddətinin müəyyənləşdirilməsinə ehtiyac var:
“Məsələn, qanunvericiliyə əsasən, sahibkarlara nağdsız hesablaşmaların tətbiqi üçün 6 ay hazırlıq vaxti verilə bilər ki, bu müddətdədə xüsusən də mağazalar və supermarketlər prosesə hazırlaşarlar. İkincisi, nağdsız hesablaşmalar ilə bağlı tələbin ən azı ilkin mərhələdə pilot olaraq Bakıda tətbiq edilməsi və daha sonra rayonlara transfer edilməsinə ehtiyac var. Nəinki ucqar rayonlarımızda, hətta paytaxa yaxın rayonlarda belə nağdsız hesablaşmalar vərdişi zəifdir. O baxımdan da, birinci mərhələdə Bakının pilot olaraq seçilməsi məqsədəuyğundur. Dövriyyənin əhəmiyyətli hissəsinin də Bakının payına düşdüyünü nəzərəalsaq, bu vəsaitlərin böyük hissəsinin leqallaşdırılması deməkdir. Bu zaman, hökumətin rayonlar üçün nağd şəkildə topdan satılan siqaretlərin paytaxt mağazalarına pərakəndə daxil olmaması üçün də konkret nəzarət mexanizmlərinin işlənməsinə ehtiyac var”.
“Nəhayət, dövlət qurumlarının iri topdansatış siqaret müəssisələri ilə birbaşa danışıqlar aparmasına ehtiyac var. Dövlət qurumları bu problemi danışıqlar yolu ilə həll etməyə çalışmalıdır. Təbii ki, maarifləndirmə tədbirləri də diqqətdən kənarda qalmamalıdır”- deyə, V.Bayramov vurğulayır.
Vüsalə Rüstəmova
Gununsesi.info