Şirinsu və Uzuntəpə kəndlərində aparılan əsaslı təmir, Şərəfə kəndində isə qazlaşma işləri ilə yerində tanışlıq

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə həyata keçirdiyi qazlaşma, eləcə də əsaslı təmir işləri davam edir.

Prosesin icrası ilə yaxından tanış olmaq məqsədilə baş direktorun müavini Ceyhun Şıxəliyevin Masallı rayonunun Şərəfə kəndinə, Lənkəran rayonunun Şirinsu kəndinə və Cəlilabad rayonunun Uzuntəpə kəndinə səfəri baş tutub.

Səfər çərçivəsində qurum rəsmisinə Şirinsu və Uzuntəpə kəndlərində həyata keçirilən qaz xətlərinin əsaslı təmir işləri, Şərəfə kəndində isə aparılan qazlaşma işlərinin gedişatı ilə bağlı ətraflı məlumat verilib.

Birlik rəsmisi nəzarətçi-çilingərlərin əməyini yüksək qiymətləndirərək onları narahat edən problemləri səsləndirmələrini xahiş edib. Əməkdaşların şikayət və təklifləri yerində dinlənilib.

İşçilərin qayğıları və mövcud vəziyyətlə yaxından tanış olduqdan sonra ərazilərdə çalışan bir qrup Birlik əməkdaşı Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.

 

 

Gununsesi.info