“Sirius” vəkil bürosunun açılışı oldu - FOTOLAR

  • By admin
  • 11 Fevral 2022 16:11

Dünən Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi 5 a ünvanında yerləşən “Sirius” Vəkil Bürosunun ofisinin açılışı keçirilib.

Açılış mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin üzvü Turqay Hüseynov, Milli Məclisin deputatları Kamal Cəfərov və Bəhruz Məhərrəmov, həmçinin vəkillər və hüquqşünas alimlər iştirak ediblər.

Açılışda iştirak edən qonaqları ofis ilə tanış edən büronun müdiri “Sirius” Vəkil Bürosunun müdiri Sübhan Əliyev məlumat verərək bildirib ki, büronun ümumi sahəsi 350 kvadratmetr olmaqla 3 mərtəbədən ibarətdir. Büroda vəkillərin istirahəti və vətəndaşlarla görüş, həmçinin seminar və təlimlərin, müzakirələrin keçirilməsi üçün otaqlarımız müvafiq avadanlıqlar və müasir texnika ilə təchiz olunub.

A.Bağırov öz növbəsində qeyd edib ki, Azərbaycanda vəkilliyin inkişafı vəkillərin sayının artırılmasında özünü büruzə verir. Müxtəlif dövlət və qeyri-dövlət qurumlarında fəaliyyət göstərən təcrübəli hüquqşünaslar vəkil olmaq arzusundadırlar. Bu gün vəkil olmaq hüquqşünaslar üçün bir imic məsələsidir. Düşünürəm ki, vəkil adını daşımaq hər bir Azərbaycan hüquqşünasının arzusudur.

Daha sonra Kamal Cəfərov çıxış edərək Azərbaycanda son illər vəkillik sahəsində görülmüş işləri yüksək qiymətləndirib, müasir standartlara cavab verən vəkil bürolarının açılmasının vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılmasında əhəmiyyətini vurğulayıb.

Bundan başqa, görüş zamanı orada olan deputatların və büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib, onların peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinlənilib, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilmiş, vəkilləri maraqlandıran suallar cavablandırılıb.

 

 

Gununsesi.info