Şirkət direktoru dövlət qurumunu qərəzdə ittiham etdi

Fəaliyyəti əsasən xarici istehsalçıların məhsullarının uyğunluğunun qiymətləndirilməsindən ibarət olan “Azsertcenter” MMC ona qarşı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, eyni zamanda, Xidmətin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin qanun pozuntularına yol verdiyini, inhisarçılıq yaratdığını iddia edir.

Gununsesi.info xəbər verir ki, bu barədə MMC-nin direktoru Mahmud Yusubov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 2015-ci ildən yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə müvafiq standartın tələblərinə uyğun akkreditasiya olunaraq fəaliyyət göstərən ilk sertifikatlaşdırma orqanıdır.

Şirkət direktorunun sözlərinə görə, 2020-ci ilun avqustundan etibarən adıçəkilən qurumlar onlara qarşı qərəzli münasibət göstərir, verilən uyğunluq sertifiktlarının heç biri dövlət reyestrinə yerləşdirilmir: “Burada əsas məqsəd tərəfimizdən verilmiş uyğunluq sertifikatlarının dövlət reyestrində görünməməsini təmin etməklə əməkdaşlıq etdiyimiz xarici təşkilatlarda orqanımız haqqında müəyyən çaşqınlıqların yaradılmasıdır. Eyni zamanda, bu addım təşkilatların xidmətimizdən imtinasına və inhisarçılıq yaradaraq xidmətlərin himayə olunan “Probo” MMC-yə yönləndirilməsinə hesablanıb”.

Bundan əlavə MMC iddia edir ki, Akkreditasiya Mərkəzi 2021-ci ildən rəsmi internet saytında uyğunluq sertifikatlarının dövlət reyestrinin aparılmasını qanunsuz olaraq dayandırıb və ictimaiyyətdən gizlədilib.

Fəaliyyəti əsasən xarici istehsalçıların məhsullarının uyğunluğunun qiymətləndirilməsindən ibarət olan “Azsertcenter” MMC ona qarşı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, eyni zamanda, Xidmətin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin qanun pozuntularına yol verdiyini, inhisarçılıq yaratdığını iddia edir.

MMC-nin direktoru Mahmud Yusubov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 2015-ci ildən yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə müvafiq standartın tələblərinə uyğun akkreditasiya olunaraq fəaliyyət göstərən ilk sertifikatlaşdırma orqanıdır.

Şirkət direktorunun sözlərinə görə, 2020-ci ilun avqustundan etibarən adıçəkilən qurumlar onlara qarşı qərəzli münasibət göstərir, verilən uyğunluq sertifiktlarının heç biri dövlət reyestrinə yerləşdirilmir: “Burada əsas məqsəd tərəfimizdən verilmiş uyğunluq sertifikatlarının dövlət reyestrində görünməməsini təmin etməklə əməkdaşlıq etdiyimiz xarici təşkilatlarda orqanımız haqqında müəyyən çaşqınlıqların yaradılmasıdır. Eyni zamanda, bu addım təşkilatların xidmətimizdən imtinasına və inhisarçılıq yaradaraq xidmətlərin himayə olunan “Probo” MMC-yə yönləndirilməsinə hesablanıb”.

Bundan əlavə MMC iddia edir ki, Akkreditasiya Mərkəzi 2021-ci ildən rəsmi internet saytında uyğunluq sertifikatlarının dövlət reyestrinin aparılmasını qanunsuz olaraq dayandırıb və ictimaiyyətdən gizlədilib.

Direktor bildirib ki, Akkreditasiya Mərkəzi tərəfindən orqana 2 fərqli formatda (fərqli məbləğ və fərqli bəndlərlə) müqavilələr təqdim olunub: “İlkin müqavilədə təkrar akkreditasiya üçün 55 020, bununla bağlı müraciətimizdən sonra 27 510 manat xidmət haqqı hesablanıb. Halbuki Nazirlər Kabinetinin Qərarına əsasən sertifikatlaşdırılacaq məhsulların sayı 10-dan yuxarı olduqda akkreditasiya prosedurunun xidmət haqqı 1500 AZN, uyğunluğu qiymətləndirən qurumun ilkin və təkrar akkreditasiyasında dəyişikliklərdə iştirak edən qiymətləndiricilərin saatı isə 90 AZN nəzərdə tutulub. Həmin qərarda illik qiymətləndirmə ilə bağlı heç bir xidmət haqqı göstərilməyib. Bu halda bizdən tələb olunan şişirdilmiş qiymətləndirmənin nəyə əsasən hesablandığı müəmmalıdır”.

Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sertifikatlaşma uyğunluğu qiymətləndirən qurum tərəfindən malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqi hesab olunur: “Dövlət Xidmətinə daxil olmuş müraciətin araşdırılması zamanı müəyyən edilib ki, “AZSERTCENTER” MMC ona verilmiş icazədən (akkreditasiya attestatından) sui-istifadə edib və akkreditasiya sahəsindən kənara çıxmaqla qanunsuz uyğunluq sertifikatlarının verilməsi ilə məşğul olub”.

Dövlət Xidmətindən verilən açıqlamaya əsasən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən akkreditasiya haqqında qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə sözügedən quruma dəfələrlə yazılı bildirişlər göndərilib: “Lakin nöqsanların aradan qaldırılması ilə bağlı qurum tərəfindən hərəkətsizlik nümayiş etdirildiyindən MMC-yə verilmiş akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması (21.01.2022-ci il tarixədək) və nöqsanların müəyyən olunmuş müddət ərzində aradan qaldırılması barədə 20.12.2021-ci il tarixli qərar qəbul edilib. Buna baxmayaraq, akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırıldığı dövrdə qurum tərəfindən uyğunluq sertifikatının verilməsi halları aşkar olunub. Bundan sonra Akkreditasiya Mərkəzi tərəfindən “AZSERTCENTER” MMC-yə verilmiş akkreditasiya attestatının ləğvi barədə 27.05.2022-ci il tarixli qərar qəbul olunub.

Bununla yanaşı aşkar olunmuş nöqsanlarla bağlı qurum barəsində inzibati xəta haqqında protokol tərtib edilib və məhkəmənin müvafiq qərarına əsasən Dövlət Xidmətinin hərəkətləri qanuni hesab olunub, quruma inzibati tənbeh tətbiq edilib”.

Gununsesi.info