Şirkətin seyfini yaran şəxs yaxalandı

  • By admin
  • 11 İyul 2017 11:32

qandal

İçərisində 5500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidməti və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki tikinti şirkətlərindən birinin ofisindən içərisində 5500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Əmrah Quliyev tutulub.

Anar

Gununsesi.info