Sirkin yanında 2 nəfəri güllələyən şəxs tutuldu

Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində (Bakı Dövlət Sirkinin yaxınlığı) 2 nəfəri güllələyən şəxs tutulub.

Gununsesi.info xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən bir nəfər şəxs saxlanılıb.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıb. Onlar Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Gununsesi.info