
Əməkdar jurnalist, “Şərəf” ordenli Şirməmməd Hüseynovun səhhətində problem yaranıb.
O, vəziyyəti ilə əlaqədar Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.
Gununsesi.info xəbər verir ki, Ş.Hüseynovun həyat yoldaşı aznews.az-a faktı təsdiqləyib. O bildirib ki, 3 gün bundan öncə qocaman jurnalistin vəziyyəti qəfildən pisləşib və xəstəxanaya yerləşdirilib:
“Hazırda müalicə olunur. Vəziyyəti normaldır”.
Gununsesi.info