Hacıqabulda balıq tutmağa gedən 70 yaşlı Şirvan sakini kanala düşərək boğulub.
Gununsesi.info xəbər verir ki, 76 yaşlı Şirvan sakini Məhəmməd Cəfərov Baş Şirvan kollektorunun Hacıqabul rayonu Ərazisindən keçən hissəsində balıq tutarkən kanala düşüb. Hadisə rayonun Ağacanlı kəndi ərazisində baş verib. Ötən gün axşam saatlarında kanal düşən 70 yaşlı Məhəmməd Cəfərovun cəsədi bu gün tapılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info