Şirvan Polisindəki işgəncə faktı təsdiqləndi

  • By admin
  • 23 Yanvar 2023 11:58

“Şüvəlanda 3 saylı istintaq təcridxanasının rəisi ilə görüşdüm bildirdi ki, müvəkkilin tibbi müayinə olunub bədəninin sifət nahiyəsində, qolunda , yan nahiyəsində və hər iki ayağının aşağı nahiyəsində xəsarətlər aşkar edilib”.

Gununsesi.info xəbər verir ki, bunu vəkil Ramil Rüstəmov deyib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs izahatında bildirib ki, Şirvan Polis Şöbəsində verilən işgəncələrin nəticəsində olub:
“Rəis bildirdi ki, aşkar edilən xəsarətlər və işgəncə barəsində prokurorluğa və tabe nazirliyinə rəsmi olaraq məlumat verilib.
Mən 3 saylı istintaq təcridxanasının rəisi Cəlil müəllimə vəzifəsini vicdanla yerinə yetirdiyinə görə təşəkkür edirəm.

İnşallah bu işgəncə faktını törədənlərin və ona göz yumanların hər birinin cəzalanmasına nail olacam”.

Qeyd edək ki, bir neçə gün əvvəl Şirvan sakini Elgün Quliyev yerli polisə aparılıb.
Müvəkkili ilə görüşə nail ola bilməyən Ramil Rüstəmov ortada ciddi işgəncə faktının olduğunu deyib.

Vəkilin bu barədə iddiaları DİN tərəfindən təkzib olunub.

Mətləb Yaqublu
Gununsesi.info