Şirvan şəhər sakinləri həftənin ilk “Açıq mikrofon” aksiyasında -Fotolar

  • By ilhame
  • 18 Dekabr 2023 20:09

SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Şirvan şəhər sakinlərinin ixtiyarında olub.

Gununsesi.info xəbər verir ki, aksiyada iştirak edən vətəndaşlardan yalnız 5 nəfəri qaz təchizatında üzləşdiyi problemi mikrofon önündə səsləndirib.

Abonentlərdən 1-nin istəyi fərqli olub ki, bu da debitor borcun araşdırılmasıdır. Qalan 4 abonentin tək xahişi qaz sayğacının yenisi ilə əvəzlənməsindən ibarət olub. Salyan RQİİ-nin rəhbər şəxsləri ünvanlanan bütün problem və təkliflərin qeydiyyatını aparıb.

Gununsesi.info