Şirvan şəhərində yataqxanada yanğın olub, sakinlər təxliyə edilib

Şirvan şəhərində yataqxanada yanğın olub.

Bu barədə Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

HTML tutorial

Beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info