Şirvan sakinləri 1 kq narkotiki 10 min manata satarkən tutuldular

  • By admin
  • 14 Noyabr 2016 12:38

narkotik-1

Şirvan sakinləri 1 kq narkotiki 10 min manata satarkən tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Cabbar Umudov və Kamil Cəfərov Hacıqabul rayonu ərazisində 1 kiloqram heroini 10 000 (on min) manata satarkən yaxalanıblar.

Gununsesi.info