
Şirvan şəhərində 5 otaqlı evdə yanğın olub.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və əşyaları 30 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info