Şirvanda 56 yaşlı şəxs kollektorda batıb.
Gununsesi.info bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Baş Şirvan Kollektorunun Şirvan şəhəri ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Təyyar Mirhəsən oğlu Cavadovun batması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Gununsesi.info