Şirvanda avtomobil beton dirəyə çırpılıb - 4 NƏFƏR XƏSARƏT ALDI

  • By admin
  • 17 Sentyabr 2019 19:19

Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org-un Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 16.00 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində qeydə alınıb. “VAZ-2107” markalı, 90 KB 081 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq beton dirəyə çırpılıb.

HTML tutorial

Qəza nəticəsində 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.