Şirvanda avtomobil dəmir betona çırpılıb

  • By admin
  • 08 Aprel 2021 22:54

Şirvanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin 1 may küçəsində qeydə alınıb.

HTML tutorial

Belə ki, Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1997-ci il təvəllüdlü Hüseynzadə Abbas İmran oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarındakı dəmir betona çırpıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info