
Şirvanda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şirvan şəhərində inzibati binanın ərazisində 10 ədəd şam ağacı və ümumi sahəsi 40 m2 olan otağın giriş qapısı yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. İnzibati bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Saatlıda da yanğın hadisəsi qeydə alınıb.
Saatlı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 375 m2 olan tövlənin çardağına yığılmış 20 ton ot bağlamasının 10 tonu yanıb.
Yanğın zamanı tövlədə olan 2 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info