Şirvanda “kombi” oğruları həbs edildi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı şəhər ərazisində yerləşən iki fərdi evdən oğurluq edən Laçın Zeynalov və Əlizamin Əliyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundanGununsesi.info -ya verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxslərin ümumi dəyəri 2400 manan olan 2 ədəd kombi aparatını oğurlayaraq dəyərindən ucuz qiymətə satdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, L.Zeynalov və Ə.Əliyev barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

 

Gununsesi.info