Şirvanda mikroavtobusun vurduğu 32 yaşlı kişi yolda öldü

  • By admin
  • 21 Mart 2021 10:18

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info -nun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Məmmədov Pərviz Elxan oğlu yolu keçmək istəyən zaman onu mikroavtobus vurub.

Müxtəlif dərəcəli ağır xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info