Şirvan sakini həyətində qəribə bir heyvan tapıb.
Gununsesi.infoARB TV-yə istinadən xəbər verir ki, Ağasəməd İbrahimov canlını tutmağa nail olub.
Araşdırmalardan sonra məlum olub ki, bu heyvanın latınca adı “Vurmela perequsna”dı. Nadir ekzotik yırtıcı olan perequsnanın yayılma arealı şimal-qərbi Monqolustan, Çin, Balkan yarımadası Ön Asiya və Qərbi Avropadır.
Yırtıcının gövdəsinin uzunluğu 40 sm-ə yaxın, çəkisi 750 qramdır. Canlıya Aran bölgəsində rast gəlinməsi maraq doğurur. Hazırda yırtıcıya qida kimi qaynadılmış yumurta verilir.
Canlının zooparka və ya həvəskar ekzotik heyvan kolleksiyaçılarına verilməsi nəzərdə tutulub.
Gununsesi.info