Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Gununsesi.info -ya verilən məlumata görə, aparılan tədbirlər nəticəsində 12 şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibrli ov silahlarını könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Gununsesi.info