Şirvanda traktor dərəyə yuvarlandı –  Sürücü ağır yaralandı

  • By admin
  • 05 Mart 2017 15:36

183518_res_01

 

Şirvan şəhərində traktorun aşması nəticəsində sürücü ağır yaralanıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, traktor Kür çayı üzərindəki körpüyə qalxan zamanı idarəetməni itirib və dərəyə yuvarlanıb. Nəticədə ağır yaralanan sürücü, Sabirabad rayonunun Qaratuğay kənd sakini, 1976-cı il təvəllüdlü Əhmədov Şəmistan Valeh oğlu Şirvan şəhər Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

 

Gununsesi.info