
Şirvanda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şirvan şəhərində vətəndaşa məxsus “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu gün eyni zamanda, Xaçmaz rayonunun Üçgünqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndin yanar konstruksiyaları 50 m2 sahədə və dam örtüyü 50 m2 sahədə yanıb.
Ein qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həmçinin, Zaqatalada fındıq bağlarında yanğın olub.
Bu gün saat 16.00 radələrində rayonun Muğanlı kənd inzibati ərazisində kənd sakinlərinə məxsus fındıq bağlarında yanğın qeydə alınıb.
Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində kənd sakini Rəvan Nəriman oğlu Babayevə məxsus 0,5 hektar sahədə olan 40 ədəd fındıq kolu yanıb. Yanğının genişlənərək digər sakinlərə məxsus sahələrə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info